"Məhkəmə qərarı olmadan söküntü gedə bilməz" - BŞİH

Xəbər verdiyimiz kimi, ötən gün bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığıyla verildiyi deyilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli obyekt boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.

Yeniavaz.com-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: 

“Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.


 

DİGƏR XƏBƏRLƏR

Top