Mingəçevir sakinləri şəhərin müxtəlif yerlərində internetin olmamasından şikayətlənirlər


“Ev telefonumuz var, amma internet çəkdirə bilmirik. Şikayətə də gedəndə deyirlər xəttiniz yararsızdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Mingəçevir şəhər sakinləri bildirib. Onların sözlərinə görə, Nəsimi, Fərruxov, Talıbov küçlərində demək olar ki internet yoxdur. İnternetsiz qalan küçə sakinləri adiyyatı qurmların dəfələrlə qapsını döydüklərini ancaq, hər dəfə onlara vəd verilsədə yenə də problem olduğu kimi qalıb.
Sakinlər bildirir ki,dəfələrlə  Aztelekomun Mingəçevir şöbəsinin rəisinin yanında da olublar:
“Bizə deyiblər planlarımz var ama vəsait ayrılmayıb. Biz gözləyirik nə vaxt vəsait ayrılar, ora internet çəkəcəyik. Amma biz onu gözləyə  bilmirik axı uşaqlarımız təhsildən kənarda qalır. Özümüzdə kənarda qalırıq.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top