İki okeanda qazma işləri qadağan edildi

ABŞ və Kanada Atlantik və Şimali buzlu okeanların şelfində yeni neft və qaz qayaqlarının qazılması və işlənməsinə qadağa qoyub. “Yeniavaz.com”un rg.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Castin Tryudonun birgə bəyanatında deyilir. Bu addımlar unikal ekoloji sistemin qorunmasına istiqamətlənib, çünki neft daşqınları riski yüksək səviyyədədir, hərçənd onların fəsadlarını aradan qaldırmaq imkanları olduqca məhduddur. Çikut dənizində ilə Alyaska federal suları sahəsi və Bofort dənizi, Yeni İngiltərədən Çesapiksk körfəzinədək Şimali Amerika sahillərində geoloji kəşfiyyat fəaliyyəti qadağan edilir. Məhdudiyyət yataqların işlənməsi hüquqlarının satılmasını da əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top