
Əlcəzair hökuməti Skikda limanında saxlanılan kimyəvi maddələrlə bağlı xəbərlərə açıqlama gətirib.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Əlcəzairin Daxili İşlər Nazirliyi tərəfindən yazılı açıqlama verilib.
Nazirliyin açıqlamasında sözügedən kimyəvi maddələrin 2 həftə əvvəl daha etibarlı yerə göndərildiyi bildirilir.
Qeyd edək ki, bu məsələnin gündəmə gəlməsinə səbəb Beyrutda partlayıcı maddələrin olduğu 12 nömrəli deponun partlaması olub.
Tətbiqimizi yükləyə bilərsiniz