Bakıda kran aşdı, yol bağlandı - FOTOLAR


Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər: "Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik".



DİGƏR XƏBƏRLƏR

Top