Məşhur aktyor Dueyn Conson və ailəsi koronavirusa yoluxub


Məşhur Hollivud aktyoru, “Rock” ləqəbli Dueyn Conson, həyat yoldaşı və iki uşağı ilə birgə COVID-19-a yoluxduqlarını bir neçə həftə xəstəliklə mübarizə apardıqlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı məşhur aktyor sosial şəbəkə hesabından paylaşıb. 48 yaşlı aktyor xəstəliklə 3 həftə mübarizə apardıqlarını deyib: “Bir ailə olaraq ağırlığını hiss etdiyimiz mübarizələrdən biri idi. İndi isə yaxşı olduğumuzu deməkdən məmnunam. Artıq sonuna gəldik, xəstəlik daşıyıcısı deyilik.
Qeyd edək ki, aktyor virusun yayılmasının qarşısının alınması üçün hər kəsi maska taxmağa dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top