Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı kəskin artdı - SİYAHI


Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı (15-17 yaş arası) qızların sayı yenidən artıb.
Yeniavaz.com
-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı qızların sayı 2018-i illə müqayisədə ötən il 22,5% artaraq 40 nəfərdən 49 nəfərə yüksəlib. Bu son 4 ildə qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 37 min 308 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 3,2% və 1 min 167 nəfər artıb. Abort etdirənlərin 3,9% və ya 1 455 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 17,5% və ya 217 nəfər artıb.
Onu da bildirək ki, Azərbaycanda ümumi abort etdirənlərin sayı 2017-ci ildə ən yüksək səviyyəyə - 37 min 618-ə yüksəlib. Məktəbyaşlı qızlar arasında abortların sayı isə ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Müqayisə üçün son 12 ildə qeydə alınan abortların sayını təqdim edirik:
İllər Abortların
ümumi sayı
Məktəbyaşlı yaşlı qızlar arasında abort
2008-ci il 25 256 131
2009-cu il 24 562 145
2010-cu il 26 801 158
2011-ci il 27 790 135
2012-ci il 31 038 63
2013-cu il 27 892 88
2014-cü il 27 220 88
2015-ci il 27 452 50
2016-cı il 34 569 19
2017-ci il 37 618 46
2018-ci il 36 141 40
2019-cu il 37 308 49
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top