“Netflix”dən yeni serial: “Epidemiya”


Rusiyalı rejissor Pavel Kostomarovun çəkdiyi “Epidemiya” serialı “Netflix” platformasında 12 dildə nümayiş olunacaq.

Bu barədə layihənin prodüseri Valeri Fyodoroviç özünün “Facebook” səhifəsində yazıb.

Film Moskvanı ölülər şəhərinə çevirən və heç kəsə məlum olmayan yeni bir virusdan bəhs edir. Filmin süjet xətti şəhərdə elektrikin olmaması, pulun dəyərini itirməsi, virusa yoluxmayanların isə yemək və benzin uğrunda mübarizəsi üzərində qurulub.

Rollarda Kirill Kyaro, Viktoriya İsakova, Mariana Spivak, Aleksandr Robak, Yuri Kuznetsov, Anna Mixalkova və başqaları iştirak edir.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top