
İranın dini lideri Ayətullah Əli Xomeyni İsrail ilə münasibətlərin normallaşmasına dair müqaviləyə imza atan BƏƏ-ni xəyanətdə günahlandırıb.
Yeniavaz.com “Anadolu”ya istinadən xəbər verir ki, bu ittihamı İran lideri videokonfrans vasitəsilə keçirilən iclas vaxtı səsləndirib. Onun sözlərinə görə, bu addımı atmaqla BƏƏ həm İslam dünyasına, həm ərəb, həm də Fələstinə xəyanət edərək, sionistlərin bölgəyə girməsinə şərait yaradıb.