"Bakı-Gəncə sürət qatarı açıla bilər"

"Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür".


Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Düzdür, sürət qatarı dedikdə 400-500 km/saat sürəti olan qatarı nəzərdə tutmuruq, amma 100, 120, 140, 150 km/saat sürətlə hərəkət edən qatar əldə edə bilərik. 1-2 ay yubanma ola bilər, amma çalışacağıq ki, gələn ilin sonunadək Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkət etsin", - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, qatarda gediş haqqı 15 manat civarında ola bilər.

APA

DİGƏR XƏBƏRLƏR

Top