Bakıda avtobusda yanğın zamanı sərnişinlər arasında xəsarət alan olmayıb - VİDEO - YENİLƏNİB


Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin avtobusunda yanğın olması barədə məlumat yayıb.

Agentlikdən verilən xəbərə görə, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***08:52
Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. 

 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sözügedən hadisə ilə bağlı məlumat yayıb:

"01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.


Foto: Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top