“Avropa Gənclər Paytaxtı” 2016-cı il layihəsinin bağlanış mərasimi keçirilib.


Gəncə “Avropa Gənclər Paytaxtı” lahiyəsinin simvolik açarı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən mərasimdə iştirak edən Bolqarıstanın Varna şəhərinin meri İvan Portkiyhə təqdim olunub . Bu münasibətlə Gəncədə 2016 və 2017-ci il üçün Avropanın Gənclər Paytaxtları tituluna sahib şəhərlərin rəhbərləri, xarici ölkələrin diplomatik nümayəndələri, gənclər və şəhər ictimaiyyəti üzvlərinin iştirakı ilə rəsmi bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində bir il ərzində Gəncədə reallaşan layihələr və tədbirlər xatırladan video carxlar nümayiş olunub. Tədbirdə çixişlar zamanı qeyd olunub ki, ötən bir il ərzində Gəncə şəhərində 25 beynəlxalq, 18 yerli olmaqla ümumilikdə 43 layihə reallaşdırılıb. Ən böyük layihələr isə Avropa və Türk Şurasının, o cümlədən "Tarixin canlı səhifələri" Gənclər Festivalları olub. Bu tədbirlərin həyata keçirilməsində 360 könüllü iştirak edib.
Jurnalistlərə müsahibə verən Bolqarıstanın Varna şəhərinin meri İvan Portkiyh bildiribki, Varna da Avropa Gənclər Paytaxtı titulunu layiqincə daşıyacaq. Gəncə və Azərbaycan gənclərinin bu maraqlı layihələrdə iştirakına ümid edirəm”. Sonda Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsinin təşkilində böyük rolu olan QHT, İB və TGT-lər, o cümlədən fəal könüllülər təltif olunub, və sonda xatirə şəkilləri çəkilib.
Məlumat üçün qeyd edek ki, 21 noyabr 2013-cü il tarixində Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə “2016-cı il Avropa Gənclər Paytaxtı” elan edilib. Gəncə MDB məkanında, o cümlədən Avropa İttifaqına daxil olmayan ölkələr sırasında “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir.

Vüqar Nəbiyev Gəncə

DİGƏR XƏBƏRLƏR

Top