Əsəd yeni kabineti təsdiqlədi - 27 nazir dəyişib


Suriya rejiminin lideri Bəşər Əsəd yeni kabineti təsdiqləyib.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, kabinetdə 27 nazir dəyişib.
Hüseyn Arnus yeni rejim hökumətində baş nazir vəzifəsini icra edəcək.
Xarici işlər naziri Vəlid Müəllim və Müdafiə naziri Əli Abdullah Eyyubun yerlərini qoruduğu rejim hökumətində iki qadın nazir də yer alacaq.
Məhəmməd Xalid Rahmun Daxili İşlər Naziri təyin edilib.
Suriyadakı rejim kabinetində vəzifə dəyişiklikləri olan digər nazirliklər arasında Rabitə və Texnologiya naziri İyad Hatib, Ədliyyə Naziri Əhməd Seyyid, Maliyyə Naziri Kinan Yaği və Nəqliyyat Naziri Züheyr Hazim də olub. Müdafiə və Daxili İşlər Nazirliyinə təyin olunan nazirlərin hərbiçi olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

Top