İraqda hava limanı yaxınlığına raketli hücum olub


İraqın paytaxtı Bağdadda Beynəlxalq Hava Limanına yaxın əraziyə Katyuşa raketləri ilə hücum təşkil edilib.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyinə məxsus Təhlükəsizlik informasiya xidməti tərəfindən verilən yazılı açıqlamada, hadisə yerinə 2 katyuşa raketi atıldığı təsdiqlənib.
Hücum vaxtı ölən və yaralanan olmasa da, hadisə ilə bağlı detallar açıqlanmayıb.
Hələlik hücumla bağlı məsuliyyəti heç kim üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top