Rusiyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi

Türkiyədəki hadisədən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. “Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top