Putinə qarşı sərt mövqeyi ilə tanınan jurnalist və aktivist Yeqor Şukova hücum edilib.
Yeniavaz.com “NTV”yə istinadən xəbər verir ki, hadisə vaxtı “Moskvanın səsi” radiostansiyasında fəaliyyət göstərən 22 yaşlı fəalın üzündə dərin kəsiklər yaranıb. Həmçinin bildirilir ki, gənc, beyin silkələnməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Jurnalistə qarşı pusqu onun bazar günü yayımlanan proqramından sonra həyata keçirilib. Hücum kimliyi məlum olmayan iki şəxs tərəfindən həyata keçirilib. Şukovun komandası jurnalistin necə yaralandığını əks etdirən görüntüləri sosial şəbəkədə yayıb. Yayımlanan görüntülərdə gənc aktivistin yerdə uzanıqlı halda da başından zərbələr endirildiyi görünüb.
“Moskvanın səsi” radiostansiyasının baş redaktoru Aleksey Venitsetov, hücumla bağlı polisə şikayət edildiyini açıqlayıb.