Nazir: Almaniya müharibə vəziyyətindədir

Almaniya müharibə vəziyyətindədir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın Saar torpağının daxili işlər naziri Klaus Buyon bəyan edib. O bildirib: “Qeyd etməliyik ki, biz müharibə vəziyyətindəyik, həmişə hər şeydə yalnız yaxşını görənlərin bəziləri bunu qəbul etmək iqtidarında deyil”. Nazir Almaniyada təhlükəsizlik tədbirlərini iriçaplı odlu silahlarla və avtomatlar hesabına gücləndirməyə hazır olduğunu əlavə edib. Qeyd edək ki, ötən gecə 23 yaşlı pakistanlı qaçqının yük maşını insanların üzərinə sürməsi nəticəsində 12 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top