
Bu gün Azərbaycanda Aşura qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü avqustun 30-na düşür.
Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), digər səhabələr, tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Bununla əlaqədar qanvermə aksiyası da hər il olduğu kimi məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz