
Rusiya Norveçin diplomatını deportasiya edib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, avqustun 19-da Norveç Xarici İşlər Nazirliyi rusiyalı diplomatın casusluq iddiası ilə ölkədən xaric olunduğunu elan etmişdi.
Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Trude Maasayde, məsələ ilə bağlı açıqlamasında rus diplomatın vəzifəsinə və statusuna uyğun olmayan hərəkət etdiyini deyərək ölkədən qovulduğunu qeyd etmişdi.
Bu hadisədən sonra Rusiyanın Norveçə cavabı gecikməyib. Rusiya da bir norveçli diplomata ölkəsindən çıxması üçün 3 gün möhlət verib.
Qeyd edək ki, nazirlik açıqlamasında diplomat barəsində heç bir məlumat verməyib. Hətta deportasiya ilə bağlı əsasnamə də göstərilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz