“TikTok”un rəhbəri istefa verdi


“TikTok”un direktoru Kevin Mayer Trampın bu tətbiqin ABŞ-a satılması ilə bağlı qərarından sonra istefa verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Mayer işçilərinə göndərdiyi açıqlamada ötən həftələrdə siyasi iqlimin çox kəskin dəyişdiyini vurğulayıb. O, həmçinin şirkətin sturkturunda dəyişikliklər barədəki fikirlərinin də istefasına səbəb olduğunu bildirib.
"New York Times" isə Mayerin şirkətin strukturundakı bir sıra dəyişikliklər səbəbindən istefa verdiyini  deyir.
Qeyd edək ki, Kevin Mayerin istefa qərarı ABŞ Prezidenti Trampın çıxışından sonra verilib. Tramp, çıxışında sözügedən tətbiqin ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhdid olduğunu vurğulamışdı. Eləcə də sentyabr ayına qədər hər hansı bir ABŞ firması tərəfindən satın alınmayacağı təqdirdə ölkədə bu tətbiqin istifadəsini qadağan edəcəyini söyləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top