
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayından etibarən Azərbaycana gələn əcnəbilərin sayı kəskin azalıb.
Yeniavaz.com-un açqılanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, bu ilin iyul ayında Azərbaycana 28,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 23,1 min nəfər olub.
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana gələn əcnəbilər və xaricə gedən azərbaycanlıların sayı aylar üzrə aşağıdaki kimi olub.
| Aylar (2020-ci il) |
Azərbaycana gələn əcnəbilər | Xaricə gedən azərbaycanlılar |
| Yanvar | 226,2 min nəfər | 433,7 min nəfər |
| Fevral | 199,9 min nəfər | 386,9 min nəfər |
| Mart | 93,2 min nəfər | 111,9 min nəfər |
| Aprel | 19,7 min nəfər | 12,2 min nəfər |
| May | 24,9 min nəfər | 14,1 min nəfər |
| İyun | 26,2 min nəfər | 14,6 min nəfər |
| İyul | 28,2 min nəfər | 23,1 min nəfər |
Rəqəmlərdən də göründüyü kimi, koronavirus pandemiyası səbəbindən sərhədlərin tam şəkildə bağlandığı aprel ayı ilə müqayisədə ötən ay Azərbaycana gələn əcnəbilərin sayı 43%, xaricə gedən azərbaycanlıların sayı təxminən 2 dəfə artıb. Qeyd edək ki, Azərbaycana gələn əcnəbilər əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Ukrayna vətəndaşları olub. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşları isə əsasən İrana, Gürcüstana, Rusiyaya və Türkiyəyə səfər ediblər.
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz