“Öldürülmüş səfir suriyalı müxalifətçilərlə təmasda idi”

Rusiyanın Ankardakı səfiri Andrey Karlov suriyalı müxalifətçiləri ilə təmaslar qururdu. “Yeniavaz.com”un “Rossiya 1” telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, səfir terrorçuların necə formalaşdığın, ideyalarını bu regionda necə yaydığını, siyasi prosesi qurmağın necə çətin olduğunu bildiyinə görə sülh işinə çox sadiq idi. Diplomat qeyd edib ki, səfir müxalifətçilərlə ünsiyyət saxlayırdı və onlar arasında dialoq qururdu: “Bu fakt baş verən hadisəyə başqa ölçü verir”.

DİGƏR XƏBƏRLƏR

Top