.jpg)
Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yeniavaz.com saytı Musavat.com-a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.
Prokuror F.Nağıyev təqdirləndirilən şəxslərə iş istəyib.
Prokuror Miryusif Mahmudovun 10 il, Uğur Bəşirovun 8 il, Nizami Orucovun 5 il, Ələkbər Əsgərovun 7 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Akif Əlibəyovun 5, Ağacavad Məmmədovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 29-da davam edəcək.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Tətbiqimizi yükləyə bilərsiniz