Nazirlik rəsmiləri canlı yayımda sualları cavablandırıb - VİDEO

Ədliyyə Nazirliyinin “Facebook” səhifəsində canlı yayımda Azərbaycan Respublikasında Probasiya Xidmətinin fəaliyyətinin təşkili barədə müzakirə aparılıb. 
Yeniavaz.com xəbər verir ki, canlı yayımın əsas mövzusu “Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası, Probasiya xidmətinin fəaliyyəti” ilə bağlı olub. 
Mövzu ilə bağlı sualları Probasiya xidmətinin rəis müavini Musa Hümbətov və Probasiya Xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə cavablandırıb.

DİGƏR XƏBƏRLƏR

Top