ABŞ-da rusiyalı xaker həbs edildi – Milyon dollar verib şirkətə sızmağa çalışıb


ABŞ-da rusiyalı Yeqor Kryuçkov adlı xaker saxlanılıb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Rusiya vətəndaşının kiber cinayət törətməkdə şübhəli bilinərək həbs edildiyini bildirib.
Verilən məlumatlara görə, xaker, Nevadada yerləşən bir şirkətin kompüter şəbəkəsinə zərərli proqram yükləməyi planlaşdırıb. Şübhəli şəxs zərərli proqramı gizli şəkildə qurmaq üçün şirkət işçisinə bir milyon dollar rüşvət verməyi planlaşdırdığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top