Türkiyədə diplomata sui-qəsd sonuncu dəfə 45 il əvvəl olub

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd xəbəri dünyada şok effekti yaradıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə Türkiyədə 1971-ci ildə bir diplomata qarşı sui-qəsd edilib.

1971-ci ilin may ayının 17-si İsrailin İstanbul baş konsulu Efraim Elrom qaçırılıb. Qaçıranlar Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi (TXQP-C) üzvləri Ulaş Bardaqçı, Hüseyn Cəvahir, Mahir Çayan, Nəcmi Dəmir, Oqtay Etiman və Ziya Yılmaz olublar.

TXQP-C üzvləri həmin vaxtlarda tutulmuş Dəniz Gezmiş, Hüseyn İnan və Yusif Aslanın azadlığa buraxılmasını istəyiblər. Bu istəkləri yerinə yetirilmədiyinə görə, baş konsul Elromu saxladıqları evdə öldürüblər.

Bundan başqa 2003-cü ildə Əl-Qaidənin İngiltərənin İstanbul konsulluğuna qarşı bombalı hücum edilib. Hücum nəticəsində baş konsul Roger Şort və köməkçisi Lisa Halvort həyatını itirib.

2-ci dünya müharibəsində 24 fevral 1942-ci ildə Nasist Almaniyasının Ankara səfiri Franz Von Papenə qarşı sui-qəsd edilib. Sovet agentləri tərəfindən həyata keçirildiyi öyrənilən sui-qəsddən Papen və həyat yoldaşı sağ çıxmışdı.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top