Balakəndə iki maşın toqquşub, üç nəfər xəsarət alıb

Oktyabrın 25-də saat 12 radələrində Balakən şəhərində rayon sakinləri Nurhuda Balayevin və Kamal Zohorovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. DİN-in saytının verdiyi məlumata görə, nəticədə hər iki sürücü və K. Zohorovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Balakən RPŞ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top