
“Pandemiya sona çatmamış böyük ehtimal ki, milyonlarla insan dünyasını dəyişəcək və bu ölümün səbəbi COVID-19 olmayacaq”.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Bill Qeyts, ölüm hallarının koronavirusun səhiyyə sisteminə və iqtisadiyyata təsirilə baş verəcəyini bildirib.
Amerikalı iş adamı bu fikirləri “The Economist” jurnalına verdiyi açıqlamada səsləndirib. “Microsoft”un qurucusu həmçinin koronavirusun yayılmasının qarşısının alınması üçün alınan tədbirlərin başqa xəstəlikləri müalicəsini zəiflətdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət ən çox malyariya və QİÇS-lə mübarizə aparan az inkişaf etmiş ölkələrə təsir edəcək.
O, ABŞ-da rəhbərliyin dəyişiləcəyi halda belə nəyinsə qaydaya düşəcəyinə ehtimal vermədiyini vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz