Dünyada koronavirusdan ölənlərin sayı 820 minə yaxınlaşdı


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada bu günə qədər 817 min 627 nəfər COVİD-19 səbəbilə ölüb, 23 milyon 838 min 303 nəfər isə həmin xəstəliyə yoluxub.
16 milyon 380 min 917 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma sayına görə birinci sırada ABŞ dayanır. Həmin ölkədə 5 milyon 916 min 89 nəfər COVİD-19-a yoluxub, 181 min 117 nəfər isə bəhs edilən xəstəlikdən vəfat edib.
 

DİGƏR XƏBƏRLƏR

Top