Ramiz Mehdiyevin nəvəsinin toyu zamanı İsa Həbibbəyli harada idi? - AMEA-dan AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən verilən açıqlamada, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatların reallığı əks etdirmədiyi bildirilib.
Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top