Useyn Bolt koronavirusa yoluxdu

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirusa yoluxub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb. Bildirilib ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb və o, dərhal özünü təcrid edib.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur.

DİGƏR XƏBƏRLƏR

Top