Dünən İranın dini lideri Əli Xamneyi İrana "lüks Amerika mobil telefonlar"ı, yəni "İphone"ların gətirilməsi ilə bağlı narahatlığını ifadə edib
Lakin elə həmin gün onun "Twitter"də rus dilində fəaliyyət göstərən rəsmi hesabında bir neçə statusdan savayı, bu sözləri də "İphone" mobil telefonu vasitəsilə paylaşılıb.
Həmin statusda keçən il ölkəyə yarım milyard dəyərində "İphone" telefonu gətirilməsi ilə bağlı Xamneyinin narahatlığını ifadə etdiyi sözlər yazılıb.
Həmin istifadəçi hesabında yazılmış köhnə "twit"lərin də hər biri sözügedən markalı ABŞ istehsalı olan mobil telefon vasitəsilə paylaşılıb.
Buna baxmayaraq, "dini lider" dünənki çıxışı zamanı iddia etmişdi ki, İranda bu cür lüks Amerika telefonlarına "heç bir ehtiyac yoxdur".
Onun həmin çıxışı farsdilli "Twitter" səhifəsində də paylaşılsa da, bir neçə saat sonra silinmişdi. Amma rusdilli səhifədə həmin status olduğu kimi qalır. //gunaz.tv


Tətbiqimizi yükləyə bilərsiniz