Putin: "Bu sui-qəsd provakasiyadır"

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Türkiyədəki səfiri Andrey Korlovun vəzifə başında həyatını itirməsinə görə ona "dövlət medalı" verilməsi ilə bağlı tapşırıq verib. "Yeniavaz.com" xairici KİV-ə istinadən xəbər verir ki, Putin açıqlamasında bildirib ki, səfirə edilən hücumun cavabını verəcəklər: "Buna cavabımız terrora qarşı mübarizəmizi gücləndirmək olacaq. Bu sui-qəsd Türkiyə və Rusiyanın Suriyadakı işbirliyinə qarşı provakasiyadır. Türkiyə ilə birlikdə bu cinayəti araşdıracağıq. Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb razılaşdıq. Rusiya, bu terror hadisəsinin arxasında kimin olduğunu mütləq öyrənəcək".

DİGƏR XƏBƏRLƏR

Top