
Tanınmış türkiyəli jurnalist Fatih Portağalın “FOX” TV-dən çıxdığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “HaberTürk” televiziyasında yayımlanan siyasi verilişdə iştirak edən jurnalistlər məlumat yayıblar.
Onlar belə bir məlumat eşitdiklərini ancaq, hələ dəqiqləşmədiyini bildiriblər.
Qeyd edək ki, Fatih Portağal uzun müddətdir “FOX” TV-də axşam xəbərlərini aparır.
Onun işdən çıxması barədə isə nə özündən nə də televiziya rəhbərliyindən heç bir açıqlama verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz