“Karlovun qətlini rusiyalı mütəxəssislərlə araşdıracağıq”

"Rusiya səfiri Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracağıq". Bunu Rusiya paytaxtında səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. "Əlimizdən gələni edəcəyik ki, bu sui-qəsdin üstü açılsın. Türkiyə tərəfi bütün qurumlarını bu qətlin üstünün açılması üçün səfərbər edib",deyə Türkiyə XİN başçısı qeyd edib.APA

DİGƏR XƏBƏRLƏR

Top