Berlində yük maşınının insanların üzərinə çıxması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Almaniyanın paytaxtı Berlin şəhərində sürücünün yük maşınını Milad yarmarkası ziyarətçilərinin üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Bu barədə Berlin polisi öz "Twitter" səhifəsində məlumat yayıb. Bundan əvvəl 9 nəfərin öldüyü bildirilirdi. İnsident zamanı daha 48 nəfər yaralanıb, onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə Berlinin Braytşaydplats meydanı ərazisində baş verib. Əslən Polşadan olduğu bildirilən sürücü idarə etdiyi yük maşınını Milad bayramı ərəfəsində qurulan yarmarka ziyarətçilərinin üzərinə sürüb. İnsident Bakı vaxtı ilə dekabrın 19-u saat 23:20-də qeydə alınıb. Maşın bazar ərazisi ilə təqribən 80 metr hərəkət edib. Polis ilkin olaraq hadisəni "hücum" kimi qiymətləndirib. Almaniyanın daxili işlər naziri Tomas de Mezyer etiraf edib ki, bir çox faktlar bunu terror aktı adlandırmağa əsas verir.Report

DİGƏR XƏBƏRLƏR

Top