Abel Məhərrəmov, Siyavuş Novruzov, Ombudsman Ramiz Mehdiyevin nəvəsinin toyunda - YENİ VİDEO


Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Yeniavaz.com
qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər yayımlanmışdı.
Bu gün isə qafqazinfo-ya Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.
Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.
Qeyd edək ki, kadrlarda millət vəkili Siyavuş Novruzov və xanımı Səbinə Əliyevanın da toy məclisində iştirak etdiyi görünür.

DİGƏR XƏBƏRLƏR

Top