
“Ölkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, sərhəd xidməti orqanları dövlət sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər görürlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a Belarus Dövlət Sərhəd Komitəsi tərəfindən məlumat verilib.
Belarus Dövlət Sərhəd Komitəsi həmçinin bildirib ki, nəzarət xüsusilə qərb istiqamətində daha da gücləndiriləcək.
Qeyd edək ki, Belarusda 9 avqust prezident seçkilərindən sonra hökumət əleyhinə etirazlar başlayıb. Ölkə prezidenti Aleksandr Lukaşenko bir çox ölkənin Belarusdakı iğtişaşlara açıq dəstək verdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz