Bakıda yolu təyin olunmamış yerdən keçən qadını maşın vurdu

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Neftçilər prospektində qeydə alınıb.

45 yaşlı Gülnarə Novruzova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top