Məktəbəhazırlıq qruplarına qəbul zamanı hansı uşaqlara üstünlük veriləcəyi AÇIQLANDI


Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. 
Təhsil Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar; 
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar. 
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə 
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

DİGƏR XƏBƏRLƏR

Top