
Çində dövlət şirkəti yeni növ koronavirusa qarşı peyvənd hazırladıqlarını açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çində yerləşən dərman şirkəti il sonuna yaxın həmin peyvəndin kütləvi satışlarının başlayacağını bildirib.
Peyvəndin istəyən hər kəsə 28 gün fasilə ilə iki doza vurulacağı qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya COVİD-19 peyvəndini hazırladıqlarını açıqlamışdı.
Putinin tanıtdığı “SPUTNİK V” adlı vaksinin bir neçə həftə sonra satışa çıxacağı bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz