
“Qafqaz Universiteti” ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb.
Elanda qeyd olunur ki, kreditorlar tələblərini iki ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, Qafqaz Universiteti 11.09.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan Universitetin qanuni təmsilçisi Məmmədov Havar Əmir oğludur.
Tətbiqimizi yükləyə bilərsiniz