Belarusun Slovakiyadakı səfiri istefa verdi


Belarusun Slovakiyadakı səfiri, keçmiş prezident köməkçisi İqor Leşenya istefa verib.
Yeniavaz.com
“Tut.by” xəbər portalına istinadla bildirir ki, İqor Leşenya bir neçə gün əvvəl dinc etirazlara çıxan belaruslara dəstək verdiyini açıqlamışdı. O istefa verməklə ən doğru addımı atdığını bildirib:
“İstefa ərizəmi verdim. Bu, məntiqli addımdır, çünki səfir kimi hazırkı prezident tərəfindən təyin olunmuşam və işlədiyim müddətdə onun müəyyən etdiyi siyasəti davam etdirməliyəm”. 

DİGƏR XƏBƏRLƏR

Top