
“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli ailə dəyərləri erkən nikahlara və qeyri-rəsmi nikahlara qarşı mübarizə vasitəsi kimi” layihəsinin icrasına başlamışdır.
Yeniavaz.com xəbər verir ki, onlayn maarifləndirmə, sorğu-monitorinq, sosial aksiyalar, sosial çarxların çəkilməsi, yayımı və sosial mediada geniş PR xarakterli fəaliyyətlər həyata keçiriləcək layihə Ucar, Bərdə, Şabran və Masallı rayonlarını əhatə edəcəkdir.
Cari ilin avqustun 15-dən start verilən və 3 (üç) ay davam edəcək fəaliyyətlərə ilk olaraq, regionlarda erkən və qeyr-rəsmi nikahların obyektiv mənzərəsinə aid onlayn monitorinq və sosioloji sorğuların aparılması, bölgələrdən aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, mədəniyyət, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal ictimaiyyət nümayəndələrinin, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı ilə onlayn təbliğati, ictimai qınaq xarakterli virtual maarifləndirici seminarların keçirilməsi, sosial şəbəkə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması və mövzuya dair 2 süjetli sosial çarxın çəklməsi və ictimai yayımı daxildir. Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların, milli ailə dəyərlərinin əks olacağı kitabçanın nəşri və yayıımı da həyata keçiriləcəkdir.
Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən və qeyri-rəsmi nikahların yayılmasına “YOX” demək, yüz illər formalaşmış milli ailə dəyərlərinin gənc nəsil arasında təbliği, bölgə gənclərinin özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, yerli aidiyyətli strukturların iştirakı ilə ictimai qınaq və maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.
Tətbiqimizi yükləyə bilərsiniz