Mədəniyyət Nazirliyində daha bir kadr islahatı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bundan əvvəl də nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vəzifəsindən uzaqlaşdırılıb.


Tətbiqimizi yükləyə bilərsiniz