
"Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb".
Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq bu gün sağalıb və evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə görə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".
Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz