
"Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur".
Yeniavaz.com bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O 190 manatlıq pulu çıxarmadığı üçün kartı bloklanan şəxslərdən danışıb:
"Biz pandemiya dövründə dedi ki, aztəminatlı və həqiqtən ehtiyacı olan ailələrə yardım edək. Ehtimal edirdik ki, 190 manatlıq yardımı alan şəxsə bu məbləq o qədər vacibdir ki, pulu həmin dəqiqə xərcləyəcəklər. Lakin həmin o bloklanmış kartlardan bir manat belə istifadə edilməyib. Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur. Ən azından o puldan 10 manat belə götürsəydi, biz əmin olardıq ki, həqiqətən ehtiyacı var. Biz istəyirik ki, 190 manat həqiqətən ehtiyacı olan şəxslərə gedib çatsın. Həmin 190 manatı isə dövlət həkimlərin əmək haqqısına, tibbi ləvazimatların alınmasına xərcləyir".
Tətbiqimizi yükləyə bilərsiniz