
Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşlarıdır.
Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.
Tətbiqimizi yükləyə bilərsiniz