COVİD-19 pandemiyası yayıldığı gündən etibarən xəstəlik barəsində mübahisələr və fərqli fikirlər irəli sürülüb. Bəzi insanlar bu xəstəliyə ümumiyyətlə inanmır, bəziləri inanır, başqa bir kütlə kimyəvi silah olduğunu iddia edir və sair.
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərdən biri Kəmalə Namazova çalışdığı müddətdə xəstəlik barədə müşahidə etdiyi müəyyən məqamlara toxunub.
Yeniavaz.com həmin məqaləni təqdim edir:
“Artıq 5-ci aya keçib ki, Covid-19 mübarizə Mərkəzində işləyirəm. Bir klinisist kimi işlədiyim xəstələrin müayinələrinin statistikasını edirəm. Bir sıra ədəbiyyat yazır ki, SARS-COV-2 virusunun rezervuarı yarasalardır. Əslində mən öz fikrimi yazacam.
Bu virusun sınağı hansı obyektin-insanın üzərində aparılıbsa o insanın qan qrupu II (A) RH+ olub. Səbəb: II qrup çoxluq təşkil etdiyindən yoluxma daha çox oldu və ölüm faizi də II qruplarda çox oldu.
2. Çin tədqiqatçıları sübut edir ki, D-Dimer 1000 nq/ml əgər çox olursa o xəstələrdə ölüm ehtimalı 18 qat artır (rəhmətlik ginekoloqumuzda D-Dimer 110.000 idi, total tromboz).
3. Bin Cao patoloqoanatomik sübut edib ki, tromb kütlələrinə nəinki ağciyərdə, ürəkdə, beyində, mezenteriumda, qaraciyərdə, böyrəkdə də rast gəlinir. Mezenteriumda ən çox rast gəlmə səbəbi bağırsaq peristaltikasının zəif olması ilə əlaqələndirilir. (dünyasını dəyişən həkimin birində mezenterial tromboz olub).
4. Uhanın Tongji şəhərində 1700 xəstədən 25% də sağalma mərhələsində olan xəstədə qəfil pisləşmə olmuşdur. Xəstələr antiaqreqant və antikoaqulyant almasına baxmayaraq ölüm səbəbi Koronar Tromboz, Miokard infarktı olub (4 xəstəmizdə olub).
5. Qromov A. öz tədqiqatlarında müəyyən edib ki, SARS-Cov-2, pnevmoniya fonunda tənəffüs çatmazlığı inkişaf etmiş, bədən konfiqurasiyası tosqun olan 71% xəstədə ölümün səbəbi Trombohemoragik Sindrom olmuşdur. Bu xəstələrdən 18-də eyni zamanda həm qanaxma, həm də ağciyər arteriyalarının mikrotrombozları olub (Bizdə iki tosqun, piylənmə ilə olan iki cavan xəstədə bu hal olub).
6. Araşdırma apardığım 3000-ə qədər xəstədə ən yüksək göstəriciləri göstərmək istəyirəm:
Leykosit-56000; CRP-980; Prokalsitonin-73; D-Dimer 110000; ferritin -32000; LDH-4440; Trombosit-1200000;
Tam əminliklə deyirəm ki, bu bioloji silahdır, toxumalarda kimyəvi yanıq törədir. Ən çox traxeyanın, bronxların selikli qişasını zədələdiyindən sanasiya zamanı aroziv qanaxmaların səbəbi elə budur. Bundan başqa sanasiya və öskürmə zamanı xəstələrdən nekrozlaşmış ağciyər toxuması xaric olur.
Bu şəkil ağciyərin nekrotik kütləsidir:
Dr. T.ü.f.d. Kəmalə Namazova”.