Rusiyada inkişaf etdirilən COVID-19 peyvəndi ilə bağlı XOŞ XƏBƏR


Rusiyada inkişaf etdirdirilən vaksinlərin noyabr ayında istehsalına başlanılacağı bildirilib.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) nəzdində fəaliyyət göstərən “Vektor” Dövlət Elmi Tədqiqat Mərkəzinin direktoru Rinat Maksudov ilin sonuna kimi peyvənd mərhələsinə keçiləcəyini planlaşdırdıqlarını açıqlayıb.
Maksudov həkimlərin və müəllimlərin risk qrupuna daxil olduğunu xüsusən vurğulayıb. Rusiyalı mütəxəssis həmçinin peyvəndin, Sibirdəki Koltsova elm vadisində istehsal ediləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko, Qamaley İnstitutu tərəfindən hazırlanan koronavirus peyvəndini oktyabr ayında kütləvi şəkildə istifadə etməyi planlaşdırdıqlarını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top